Xəbərlər

KCNA: Cənubi Koreyada siyasi böhran hərbi vəziyyətdən sonra pisləşir

“Koreya Respublikasında hərbi vəziyyətin tətbiqindən sonra siyasi vəziyyət pisləşir və Cənubi Koreya prezidenti Yun Sek Yeola qarşı impiçment çağırışları daha çox səslənir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Hərbi vəziyyətin səbəbi aydınlaşdıqca, Koreya Respublikasında Yun Sek Yeolun impiçmentini tələb edən səslər hər gün daha da ucalır və siyasi xaos daha da ciddiləşir”, – məlumatda bildirilib.