Sentyabrın 24-də Kəlbəcərdə İDEA İctimai Birliyinin təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Kəlbəcər bal festivalı keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin sosial şəbəkəsində qeyd olunub.
İşğaldan azad olunmuş ərazilərdə yaylaq mövsümünün başa çatmasına və Azərbaycan balının brendləşdirilərək dünya bazarına çıxarılmasına həsr olunan tədbirdə ölkəmizin müxtəlif bölgələrindən tanınmış arıçılar, o cümlədən İDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar iştirak edərək müxtəlif arıçılıq məhsullarını sərgiləyəcəklər.



