“ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün fevralın 13-dən 22-ə qədər Almaniya, Belçika və Ukraynada səfərdə olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Kelloq Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək, NATO və Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına baş çəkəcək. O burada Ukraynadakı münaqişəyə son qoymaq və Avropada sabitliyi bərpa etmək üçün ABŞ-la işləmək istəyən müttəfiqləri və tərəfdaşları ilə görüşəcək”, – məlumatda bildirilib.



