“ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həlli yollarının tapılmasına çalışır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün çalışırıq. Bizim milli təhlükəsizlikdən məsul olan bütün komandamız bu istiqamətdə addımlar atır. Prezident, vitse-prezident, milli təhlükəsizlik müşaviri, dövlət katibi, xəzinədarlıq katibi və Ağ Evin Milli Təhlükəsizlik Şurası problemin həlli üçün yol xəritəsi hazırlayır”, – o qeyd edib.



