Xəbərlər

Kelloq: Ukrayna NATO-nun bir hissəsi ola bilməz

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a Ukraynada mümkün sülh və ölkənin NATO-ya qoşulma prosesi haqqında danışıb.

“Füyuzat”ın məlumatına görə, Kelloq Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını bildirib.

“NATO-dan söhbət gedə bilməz. Siz onun bir parçası olmayacaqsınız”, – o Kiyevə mesaj verib.

Kelloq bildirib ki, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır.

Xüsusi nümayəndə qeyd edib ki, ABŞ-ın qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün fürsət yarana bilər.