Keniya BMT-nin silahlı dəstələrlə mübarizə missiyası çərçivəsində Haitiyə 400 polis əməkdaşı göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Keniya Daxili İşlər Nazirliyinin rəhbəri Kiture Kindiki məlumat verib.
“Biz Haitidə BMT-nin tarixi missiyasının bir hissəsi olacaq polis əməkdaşlarının ilk qrupunu aparırıq. Ötən gün Keniya prezidenti Uilyam Ruto polis əməkdaşları ilə görüşüb”, – Kindiki bildirib.
İyunun 24-də ABŞ prezidenti Co Bayden Keniyaya Şimali Atlantika Alyansı xaricində əsas müttəfiq statusu verib.
Qeyd edək ki, bundan əvvəl ölkə hakimiyyəti naməlum səbəblərdən mayın 21-nə planlaşdırılan kontingentin Haitiyə göndərilməsini təxirə salmışdı.