Xəbərlər

Keniyada yağış fəlakəti: Bənd uçması nəticəsində 42 nəfər ölüb

Keniyada güclü yağışlar nəticəsində bənd çöküb. Təbii fəlakət nəticəsində 42 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nakuru qubernatoru Susan Kihika açıqlama verib.

O qeyd edib ki, güclü yağışların təsirinə məruz qalan Nakuru bölgəsindəki Mai Mahiu qəsəbəsində bənd çöküb.

Kihika bənd suyunun daşması nəticəsində su altında qalan yaşayış məntəqələrində 42 nəfərin həyatını itirdiyini və xilasetmə işlərinin davam etdiyini bildirib. Bölgədə yerləşən evləri su basıb, magistral yollar bağlanıb.