Xəbərlər

Kilauea vulkanının yenidən güclü şəkildə lava püskürəcəyi ehtimal olunur

Dünyanın ən aktiv vulkanlarından biri olan və son bir il ərzində 36 dəfə lava püskürdən ABŞ-ın Havay ştatındakı Kilauea Vulkanının yenidən güclü şəkildə lava püskürməsi gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə  “Anadolu Ajansı” məlumat yayıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) açıqlamasında bildirilib ki, Kilauea 2024-cü ilin dekabrından bəri müəyyən aralıqlarla lava püskürdür.
Açıqlamada əlavə olunub ki, ötən ilin dekabrından bəri 36-cı dəfə lava püskürən Kilaueada 21 noyabr cümə günü başlayan lava axını və müşayiət edən tüstü davam etdirir.

Kilaueadakı aktivlik əsas götürülərək aparılan təhlilə görə, vulkanın sabaha qədər yenidən güclü şəkildə lava püskürə biləcəyi ehtimal edilir.