Xəbərlər

Kim Çen İn: KXDR həmişə Rusiyanın yanında olacaq

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn Rusiya Günü münasibətilə təbrik məktubunda şəxsən özünün və bütün ölkənin hər zaman Rusiya Federasiyasının yanında olacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Bu gün Rusiya Sizin (Vladimir Putini nəzərdə tutur – red.) müdrik və təcrübəli rəhbərliyiniz altında bütün xarici və daxili çağırış və təhdidlərə qalib gələrək öz gələcəyini inamla yaradır və biz qardaş dövlətimiz Rusiya Federasiyasının uğurlarına ürəkdən sevinirik”, – təbrikdə qeyd olunub.