Xəbərlər

Kim Çen İn: Nüvə gücünə çevrilmə yolunda daha da sürətlənəcəyik

“Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə variantı nəzərdən qaçmayacaq. Hərbi fövqəldövlət və nüvə dövləti olmaq yolunda addımlarımız daha da sürətlənəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Şimali Koreya Prezidenti Kim Çen İn Milli Müdafiə Universitetinin 60 illik yubiley mərasimində çıxışı zamanı deyib.

“Dünyanın ən böyük nüvə gücü və onu manipulyasiya etməyə çalışan ən məkrli tərəflərlə qarşı-qarşıyayıq. Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə variantı da diqqətdən kənarda qalmayacaq”, – Şimali Koreya lideri bildirib.