Xəbərlər

Kim Çen İn: Ordu müharibəyə tam hazırlıqlı olmalıdır

Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Ordusu batalyonlarının komandirləri və siyasi komissarlarının iclasında çıxış edərək müharibəyə tam hazırlığın təmin edilməsinin vacibliyini vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Şimali Koreya lideri qeyd edib ki, Koreya yarımadasında tarixin ən gərgin vəziyyətini yaradan ABŞ və Koreya Respublikası da daxil olmaqla, düşmən qüvvələrin respublika əleyhinə hərbi qarşıdurma çılğınlığı təhdid xarakteri daşıyır. Prezident mövcud vəziyyət əsasında müharibəyə hazırlığın yaxşılaşdırılması üçün bütün səylərin göstərilməsi ilə bağlı döyüş şüarı irəli sürüb”, – məlumatda qeyd olunub.