Xəbərlər

Kim Çen İn: Pxenyan-Moskva əlaqələri bütün sahələrdə inkişaf edir

“Pxenyanla Moskva arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Hörmətli yoldaş prezident, mən çox şadam ki, bu gün bizim əlaqələrimiz, qarşılıqlı fəaliyyətimiz, bu əlaqələrin inkişaf perspektivləri haqqında danışmaq imkanımız var və sizinlə təkbətək görüşmək imkanım var. Keçən ilin iyununda hərtərəfli strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişimiz imzalanandan sonra ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə inkişaf edir”, – Kim Çen İn bildirib.