“ABŞ və Qərb Ukraynadan Rusiyaya qarşı zərbə qüvvəsi kimi istifadə edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya Prezidenti Kim Çen İnin sözlərindən sitat gətirib.
“ABŞ və Qərbin Ukraynadan zərbə qüvvəsi kimi istifadə etdiyi və faktiki Qərbin Rusiya ilə qarşıdurması olan müharibəyə praktiki döyüş təcrübəsini artırmaq və dünyaya hərbi müdaxilələrinin miqyasını genişləndirmək məqsədi daşıyan müharibə kimi baxmalıyıq. İndi müharibə tacirləri Ukraynaya və İsrailə hərbi yardım göstərməyə, müharibəni dəstəkləməyə davam edir. Üçüncü dünya müharibəsinin başlama riski daha da artır, dünyada təhlükəli vəziyyət yaranır”, – məlumatda qeyd olunub.