Xəbərlər

Kim Çen İn: Silahlı Qüvvələri olmayan ölkə suveren ola bilməz

“Özünümüdafiədən imtina edən dövlət suveren sayıla bilməz”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya lideri Kim Çen İnin sözlərindən sitat gətirib.

“Hazırkı dünyada özünümüdafiədən imtina etmiş zəif ölkə təcavüz və onun fəlakətləri ilə üzləşəcək və şübhəsiz ki, başqa dövlətdən asılı olacaq. Yalnız düşməni zərərsizləşdirməyə qadir olan hərbi güc sabitliyə və inkişafa zəmanət verir və sülhü qoruyan yeganə vasitə olaraq qalır. Koreya İşçi Partiyası və hökumət Şimali Koreyanın təhlükəsizlik hüquqlarının pozulmasına məhəl qoymayacaq və hərbi balansın dəyişməsinə imkan verməyəcək”, – Kim Çen İn Pxenyanda silah sərgisinin açılışı zamanı deyib.