Xəbərlər

Kim Çen İn Şimali Koreyanın strateji raket bazalarına baxış keçirib

Şimali Koreya lideri Kim Çen İn strateji raketlərin yerləşdiyi bazalara baxış keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, Şimali Koreya liderini yoxlama zamanı bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çenq müşayiət edib.

“ABŞ-ın strateji nüvə silahları Koreya Xalq Demokratik Respublikasının (KXDR) təhlükəsizliyini hər gün təhdid edir, buna görə də strateji raket qüvvələrinə üstünlük verməklə, bütövlükdə Silahlı Qüvvələrin texniki cəhətdən daha da modernləşdirilməsi mühüm məsələdir”, – Kim Çen İn vurğulayıb.