Xəbərlər

Kim Çen İn təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirib

Şimali Koreya lideri Kim Çen İn müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən respublikanın suverenliyini pozmaq üçün baş verə biləcək təxribat mövzusunda görüş keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd edək ki, tədbirdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri No Qvan Çol, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Ço Çun Ryonq, Baş Qərargah rəisi Ri Yonq Gil, Baş Qərargahın rəis müavini iştirak edib.