Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçildikdən sonra hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bunu Fumio Kişida mətbuat konfransında çıxış edərkən söyləyib.
Məlumata əsasən, LDP-yə siyasi ianələrin toplanması zamanı maliyyə hesabatı qaydalarının pozulmasına görə, bir sıra qalmaqallar səbəbindən hökumətin reytinqi rekord həddə düşdüyündən Kişida seçkilərdə iştirak etməmək qərarına gəlib.