Yaponiyanın Baş naziri Fumio Kişida Mərkəzi Asiya dövlət başçılarının Qazaxıstanda keçiriləcək görüşündə iştirak etmək üçün planlaşdırılan Mərkəzi Asiya ölkələrinə turunu ləğv edib. Buna səbəb Yaponiyada güclü zəlzələnin baş verməsi olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya hökumətinin başçısı özü jurnalistlərə məlumat verib.
“Mərkəzi Asiya ölkələri və Monqolustana səfərləri ləğv etmək qərara alındı”, – Kişida söyləyib.
Xatırladaq ki, ötən gün Yaponiyada 7,1 maqnitudada zəlzələ baş verib.