Xəbərlər

KİV: 230-dan çox yük maşını humanitar yardımla Qəzza zolağına daxil olub

Bazar günü Qəzza zolağına humanitar yardım daşıyan 236 yük maşını, həmçinin 7 yanacaq tankeri və təbii qaz yüklü 6 çən daxil olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, humanitar yardım Misirdən Qəzzanın cənubundakı Kerem Şalom keçid məntəqəsi vasitəsilə aparılıb.