“Pentaqon 155 mm-lik artilleriya sursatlarının istehsal gücünü artırmaq və bu cür mərmilər üçün təchizat bazasını diversifikasiya etmək üçün milyardlarla dollar sərmayə qoyur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence News” portalı ABŞ ordusunun satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadən məlumat yayıb.
Qeyd edilib ki, Pentaqonun bu cür addımları Ukraynaya hərbi yardım kimi göndərilən mərmi ehtiyatlarının artırılması və bir neçə hərbi əməliyyat meydanında münaqişələrin şiddətləndiyi halda ABŞ-ı lazımi miqdarda sursatla təmin etmək zərurəti ilə bağlıdır.