Xəbərlər

KİV: ABŞ-ın Suriyadakı bazası yaxınlığında bir neçə partlayış törədilib

Suriyanın Əl-Şaddad şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi bazanın yaxınlığında bir neçə güclü partlayış baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mayadeen” televiziya kanalı öz mənbələrinə istinadən məlumat verib.

Kanalın həmsöhbətlərinin fikrincə, ABŞ hərbi bazası yenidən raket atəşinə tutula bilər. Ərazidə yerləşən Amerika bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Suriyanın Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı Amerika bazasında sirenlər səslənib. Telekanal hadisə ilə bağlı başqa təfərrüatlar verməyib.