ABŞ-ın Yəmənə endirdiyi aviazərbələr nəticəsində azı 8 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
“Üç yaşayış binası bombalanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralıların dəqiq sayı hələki müəyyən edilməyib”, – məlumatda qeyd olunub.



