Xəbərlər

KİV: ABŞ İrana nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirb

Vaşinqton Tehranı ABŞ Prezidenti Co Bayden administrasiyasının Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) sürətli qayıdış həyata keçirməyə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cərida” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, iyulun 23-də Amerika tərəfi İran hakimiyyətini məlumatlandıraraq, Bayden administrasiyasının JCPOA-ya “kiçik düzəlişlər etmək şərti ilə” danışıqlara hazır olduğunu söyləyib.