ABŞ anidən verilmiş qərarla qoşunlarını İraqdakı iki bazadan – “Ayn əl-Əsəd” və “Victory” bazalarından çıxarmaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Verilən məlumata görə, Amerika qoşunları öz şəxsi heyətini Ərbilə və qonşu ərəb ölkələrindən birinə köçürməyə başlayır.
“Amerikalılar iraqlı həmkarlarına geri çəkilmə prosesini sürətləndirəcəkləri barədə məlumat veriblər”, – məlumatda bildirilib.



