Xəbərlər

KİV: ABŞ mülki insanlara dəyən ziyanı azaltmaq üçün süni intellektdən istifadə edəcək

ABŞ Xüsusi Əməliyyat Qüvvələri (SOF) genişmiqyaslı münaqişələrdə mülki şəxslərə dəyən zərəri azaltmaq üçün süni intellekt (AI) texnologiyalarından istifadə etməyə hazırlaşdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı ABŞ müdafiə nazirinin köməkçisi Kristofer Meyerə istinadən məlumat yayıb.

“Süni intellektdən istifadə ona görə lazımdır ki, ABŞ və Çin arasında potensial münaqişə zamanı irimiqyaslı hərbi əməliyyatlarda mülki şəxslərə dəyən zərərin qarşısını almaq Amerika xüsusi təyinatlılarının öyrəşdiyi antiterror əməliyyatları zamanı olduğundan qat-qat çətin olacaq”, – Kristofer Meyer bildirib.