“ABŞ iyulun 9-11-də Vaşinqtonda baş tutan NATO sammitinə bir il öncədən hazırlaşmağa başlamışdı. Uğursuzluğdan qorxurdular. Bunun əsas səbəbi Ukrayna ilə bağlı suallar idi”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Defense One” portalı diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, qarşıdan gələn sammit ilə bağlı müzakirələr 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən dərhal sonra başlayıb.
Portalın mənbələrindən biri qeyd edib ki, yeni görüşün əsas məqsədinin nədən ibarət olacağının müzakirəsi 3 aydan sonra baş verib. Bunu Ağ Evin özü təşkil edib.
İyulun 9-11-də Vaşinqtonda NATO sammiti keçirilib. Onun əsas mövzuları Rusiya ilə qarşıdurma və Ukraynaya hərbi yardım göstərilməsi olub. Sammit iştirakçıları yekun bəyannamə dərc ediblər.