“Birləşmiş Ştatlar qitənin təhlükəsizliyini təmin etmək öhdəliyindən imtina edərsə, Avropa ölkələri qoşunların hərəkətliliyi və logistika ilə bağlı ölümcül problemlərlə üzləşəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
“ABŞ-ın dəstəyi olmadan qoşunların Avropada hərəkəti xeyli yavaş, daha çox xərclə həyata keçiriləcək, həmçinin bəzi logistik maneələrlə üzləşəcək. Əsl hərbi böhran şəraitində Avropa təkcə öz Silahlı Qüvvələrinin səmərəsiz istifadəsi deyil, ölümcül problemlə üzləşəcək”, – məlumatda bildirilib.