Xəbərlər

KİV: ABŞ qoşunlarını İraq və Səudiyyə Ərəbistanı arasına köçürür

İraq və Səudiyyə Ərəbistanı sərhədində ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi texnika kolonlarının hərəkəti qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Arar keçid məntəqəsində bir neçə Amerika hərbi karvanı müşahidə edilib. Qoşunların köçürülməsinin İranın İsrailə gözlənilən hücumuna hazırlıqla bağlı olduğu vurğulanıb.