Xəbərlər

KİV: ABŞ Ukraynadan miqrasiya müraciətlərinə baxılmasını dayandırır

Tramp administrasiyası Latın Amerikası ölkələrindən və Ukraynadan olan və keçmiş ABŞ prezidenti Co Baydenin dövründə ABŞ-a giriş icazəsi almış miqrantların müraciətlərini dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu tədbirlər ABŞ-da qanuni olaraq qalmağa imkan verən və müsbət cavab gözləyən miqrantlara təsir göstərə bilər.