Xəbərlər

KİV: ABŞ Ukraynaya 125 milyon dollarlıq hərbi yardım göndərəcək

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya təxminən 125 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, ən son yardım paketinə zenit raketləri, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün döyüş sursatı, “Javelins” tank əleyhinə sistemlər və bir çox digər tank əleyhinə raketlər, pilotsuz uçuş aparatları və elektron müharibə sistemləri və avadanlıqları, 155 və 105 mm-lik artilleriya sursatları, nəqliyyat vasitələri və digər avadanlıqlar daxildir.

Rəsmi açıqlama cümə günü, Ukraynanın Müstəqillik Günü ərəfəsində verilə bilər.

Silah tədarükü Prezidentin əmri ilə həyata keçirilir, yəni onlar Pentaqonun anbarlarından götürülür və daha tez göndərilə bilər.