Xəbərlər

KİV: ABŞ və Britaniya Əl-Hodeyda əyalətinə yeni hücuma keçib

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Husilərin nəzarətində olan Yəmənin Əl-Hodeyda əyalətinə yeni hücuma keçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yerləşən Kamaran adasına da hücum edilib. Hücumun nəticələri barədə məlumat verilmir.