Xəbərlər

KİV: ABŞ və Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb

ABŞ və Böyük Britaniyanın hava hücumu nəticəsində Husilərin nəzarətində olan Yəmənin Taiz əyalətində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, bu gün koalisiya qüvvələri əyalətin paytaxtından təxminən 20 km şimal-şərqdə yerləşən Əl-Cənadiyə kəndindəki məktəbə də hücum edib.