Xəbərlər

KİV: ABŞ və İngiltərə Yəmənə hücum edib

Birləşmiş Ştatlar və Britaniya Husilər hərəkatının nəzarəti altında olan Yəmənin Hudeydə liman şəhərinə növbəti silsilə hücumlar həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Qırmızı dəniz sahilindəki Es Salif bölgəsində yerləşən Ras İsa limanı ən azı üç hava hücumuna məruz qalıb.

Dağıntı və təlafat barədə məlumat verilməyib.