Xəbərlər

KİV: ABŞ Yəməndəki miqrant mərkəzinə zərbə endirib, 68 nəfər ölüb

ABŞ-ın Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlanma mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə, yaralananların sayı isə 47-ə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl telekanal 35 ölü və 50 yaralı olduğunu bildirmişdi.