“ABŞ liderləri İsrailin Hizbullaha qarşı hərbi təzyiqi artırmaq qərarını dəstəkləyəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Veilən məlumata əsasən, ABŞ-ın xüsusi elçisi Amos Hawksteen və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk cari hadisələrdən bir neçə həftə əvvəl yüksək səviyyəli İsrail nümayəndələrinə ABŞ-ın İsrailin Baş naziri Benyamin Netanyahunun strategiyası ilə razı olduğunu bildiriblər.