“Avropa İttifaqı (Aİ) dövlətləri Rusiyanın ABŞ-la danışıqlar prosesi zamanı ittifaqın şərq cinahında yerləşən ölkələrin ərazisindən Amerika qoşunlarının çıxarılmasına nail ola biləcəyindən narahatdırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Söhbət 2022-ci ildə ABŞ prezidenti Co Bayden tərəfindən Polşa, Rumıniya, Latviya, Litva və Estoniyaya göndərilən 20 minə yaxın amerikalı hərbçinin mümkün çıxarılmasından gedir. İlk növbədə, bu perspektiv həmin ölkələrin rəhbərlərinin özlərində narahatlıq yaradır”, – məlumatda bildirilib.



