“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə 13 bank, həmçinin bir çox fiziki şəxs və şirkət daxil olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Avropa İttifaqı da tədricən Rusiyadan müəyyən növ alüminium məhsullarının idxalına qadağa qoymağı planlaşdırır.
Qəzetin yazdığına görə, sonuncu paket artıq bütün Aİ ölkələrinin səfirləri tərəfindən təsdiqlənib.



