Xəbərlər

KİV: Aİ ölkələri Əfqanıstanda səfirliklərini yenidən aça bilər

Bir sıra Avropa ölkələri Əfqanıstandakı səfirliklərini yenidən aça bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Avropalı diplomatlardan birinin sözlərinə görə, Brüssel rəsmiləri qadınların hüquqlarını qorumaq və s. üçün Əfqanıstanda diplomatik nümayəndəliklərin açılmasının zəruriliyini qəbul etməyə başlayıblar.

Agentlik xatırladıb ki, hazırda Əfqanıstanda yalnız Avropa İttifaqının (Aİ) nümayəndəliyi fəaliyyət göstərir. Bəzi Avropa ölkələri isə Taliban hakimiyyətə gəldikdən sonra öz səfirliklərini bağlayıb.

Məlumata görə, xüsusən də İtaliya Əfqanıstandakı səfirliyini yenidən açmağı düşünür.

Fransa, Britaniya və Almaniya rəsmiləri yaxın vaxtlarda Kabildə nümayəndəliklər açmağı planlaşdırmadıqlarını bildiriblər.