Xəbərlər

KİV: Aİ Rusiyadan neft aldığı üçün Çin və digər ölkələrə qarşı sanksiyaları müzakirə edir

“Avropa İttifaqı (Aİ) Rusiya neft və qazının alınmasına görə Çinə, həmçinin digər üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” məlumat yayıb.

“Aİ rəsmiləri və diplomatları bu cür məhdudiyyətlərin yeni sanksiyalar paketinə daxil edilməsi ilə bağlı danışıqlara sentyabrın 7-də başlayıblar. İlkin müzakirələrdə Çinə qarşı mümkün ikinci dərəcəli sanksiyalar məsələsi dəfələrlə qaldırılıb.

Bazar ertəsi Aİ rəsmilərindən ibarət nümayəndə heyəti ABŞ Maliyyə Nazirliyinin rəsmiləri ilə anti-Rusiya sanksiyalarını müzakirə etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır”, – nəşr bildirib.