“Mayın 19-da ABŞ prezidenti Donald Trampın hərbi təhdidləri fonunda Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Aİ-Böyük Britaniya sammitində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) Aİ diplomatlarına istinadən məlumat yayıb.
“Tramp administrasiyasının hərəkətləri nəticəsində yaranan qlobal iğtişaş Brüsselin Londonla Britaniya şirkətlərinə birgə silah alışında iştirak etməyə imkan verən müdafiə və təhlükəsizlik paktı imzalamaq əzmini gücləndirir. ABŞ prezidentinin NATO müttəfiqlərini dəstəkləməklə bağlı hədələri və onun Rusiyaya təklifləri Avropa ölkələrini kollektiv şəkildə yenidən silahlanmağa və müdafiə xərclərini artırmağa məcbur edir. Onlar həmçinin ABŞ-ın vasitəçiliyi ilə mümkün sülh sazişindən sonra Ukraynanı müdafiə etmək üçün qüvvələrin birləşdirilməsi imkanlarını da müzakirə edə bilərlər”, – nəşr bildirib.