Xəbərlər

KİV: Argentinada ən böyük aviadaşıyıcı tətillər səbəbindən bağlana bilər

Argentina hökuməti tətillərlə bağlı Hava Yolları Həmkarlar İttifaqlarına ultimatum verib və ölkənin ən böyük aviaşirkəti “Aerolineas Argentinas”ı bağlamaqla hədələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TK telekanalı məlumat yayıb.

“Biz onlara cümə gününə qədər vaxt verdik ki, münaqişələri dayandırmaq və normal işləmək üçün öz təkliflərini təqdim etsinlər”, – məlumatda bildirilib.

Qeyd edilib ki, çərşənbə günü səhər saatlarında paytaxt hava limanlarından birində yerüstü xidmət işçiləri həmkarlarının işdən çıxarılmasına etiraz olaraq işlərini dayandırıblar.

Əvvəlcədən məlum olmayan tətil uçuşların təxirə salınmasına və uçuş vaxtlarının dəyişdirilməsinə səbəb olub.