Xəbərlər

KİV: Avropadakı siyasi xaos Ukraynaya təsir edə bilər

“Avropa siyasi xaosun içindədir və bu, Qərbin Ukraynaya dəstəyinə də təsir edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-da prezident seçilməsi və Avropada siyasi xaos Ukraynaya verilən dəstəyə təsir edə bilər. Qeyri-sabitlik dalğası Avropanı liderlikdən məhrum edir, siyasətçilər iqtisadi problemlərdən tutmuş ifrat sağ populist partiyaların yüksəlişinə qədər başqa məsələlərlə məşğuldurlar. Bu, Avropa liderlərini çətin vəziyyətə salır, onlar Trampın Ukraynadakı vəziyyəti həll etmək təkliflərinə koordinasiyalı şəkildə cavab verə bilmirlər”, – məlumatda bildirilib.