Xəbərlər

KİV: Azərbaycan Prezidenti Pakistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Pakistana iki günlük səfərə gələcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The News International” məlumat yayıb.

Məlumata görə, səfər zamanı İlham Əliyev Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və ordunun baş qərargah rəisi Asim Munirlə görüşəcək. Hər iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və İshak Dar arasında da ikitərəfli əməkdaşlıq məsələləri üzrə danışıqlar planlaşdırılıb.