ABŞ Prezidenti Co Bayden səlahiyyət müddəti ərzində amerikalıların maraqlarını xarici hökumətlərin xeyrinə qurban verib.
“Füyuzat”ın məlumatına görə, bu qiymətləndirməni “The American Conservative” jurnalının köşə yazarı Duq Bandou edib.
“Bayden səlahiyyət müddətinin çox hissəsini Amerika maraqlarını xarici hökumətlərin xeyrinə qurban verməklə keçirdi”, – deyə köşə yazarı qeyd edib.
Bandou əlavə edib ki, Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ vətəndaşlarının qanını tökməyə dəyər “həyati maraqları” təmsil etmir.