“ABŞ Prezidenti Co Bayden çərşənbə günü, oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə İsrail dövlətinin İrana zərbə endirmək planlarını telefonla müzakirə edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı Amerika rəsmilərinə istinadən məlumat yayıb.
“Baydenin çərşənbə günü Netanyahu ilə İsrailin İrana zərbə endirmək planları ilə bağlı son dərəcə vacib telefon danışığı aparacağı gözlənilir”, – məlumatda bildirilib.