“ABŞ-ın hazırkı prezidenti Co Bayden səlahiyyət müddətinin başa çatmasına az zaman qaldığı üçün ABŞ Konqresinin təsdiq etdiyi qalan 5,6 milyard dollar vəsaitlik yardımı Ukraynaya göndərməyə vaxt tapmaya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Bu administrasiya vəzifədə qaldığı müddətdə biz hərbi yardım paketləri təqdim etməyə davam edəcəyik. Lakin 5,6 milyard dollar kifayət qədər ciddi məbləğdir, ona görə də güman edirəm ki, yardımın bəzi hissələri növbəti administrasiyaya veriləcək və onun sərəncamında qalacaq.
2024-cü ilin sonuna qədər Vaşinqton Ukraynaya əlavə yardımın ayrılacağını elan etmək niyyətindədir, lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gələnə qədər bu məbləğin hamısından istifadə etmək çətin olacaq”, – məlumatda bildirib.