ABŞ dövlət katibi Entoni Blinken avqustun 13-ə planlaşdırılan Yaxın Şərqə səfərini təxirə salıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “X” sosial şəbəkəsində adı açıqlanmayan amerikalı məmura istinadən “Axios”un müxbiri Barak Ravid məlumat verib.
Onun sözlərinə görə, planlaşdırılan səfər vəziyyətin qeyri-müəyyənliyinə görə təxirə salınmalı olub.
Bundan əlavə, Ravid vurğulayıb ki, həmsöhbətinin sözlərinə görə, ABŞ İranın avqustun 13-də İsrailə hücuma başlayacağını gözləmir.