“BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın sahilyanı ərazilərindəki zorakılığın pisləndiyi bəyanat layihəsi üzərində razılaşıblar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, cümə günü rəsmi olaraq qəbul ediləcəyi gözlənilən sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır.



