“Hava hücumundan müdafiə sisteminin olmaması Böyük Britaniyanı düşmənin potensial raket hücumlarına qarşı həssas edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya mətbuatı ölkə parlamentinin İcmalar Palatasının müdafiə komitəsinin keçmiş sədri Tobias Ellvuda istinadən məlumat yayıb.
“Hipersəsli raket hücumu zamanı Britaniyanın hava hücumundan müdafiə sistemi aşılacaq və London kütləvi bombardman riski ilə üz-üzə qalacaq. Böyük Britaniya kritik infrastrukturu qorumaq üçün İsrailin Dəmir Qübbəsinə bənzər öz hava hücumundan müdafiə sisteminin yaradılmasına sərmayə qoymalıdır”, – Ellvud qeyd edib.