Xəbərlər

KİV: Britaniya və ABŞ Husilərin mövqelərinə hava zərbələri endirib

Böyük Britaniya və ABŞ Hərbi Hava Qüvvələri Husilərin mövqelərinə iki hava zərbəsi endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata əsasən, Hodeyda şəhərinin qərbində yerləşən Əl-Caban bölgəsində üsyançıların hədəfləri atəşə tutulub.

Maddi ziyan və tələfat barədə məlumat verilməyib.